Zaqatala rayonunun Muxax kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan üç nəfər (iki qadın, bir kişi) avqustun 20-də saat 13:00-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. 2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə (kişi) ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza zamanı "Ford" və VAZ-2106 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.