Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
Qeyd edilib ki, yanğın zamanı xəsarət alan olmayıb:
"Ümumi sahəsi 700 kv.m olan bir dam altında tikilmiş yeddi ədəd tikinti materiallarının satışı mağazalarından ikisi və bitişik ümumi sahəsi 200 kv.m olan anbar (ümumi 400 kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub".