Apr
2020
11:17
194
37
4431
Virtual karabakh

“Kontakt Home” xüsusi rejimli xəstəxanalara yardım etdi - FOTO

7 Apr, 2020
11:17
4431

“Kontakt Home” xüsusi rejimli xəstəxanalara yardım etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19 (koronavirus) səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq məqsədilə “Kontakt Home” mağazalar şəbəkəsi xüsusi rejimli Qobustan və Masallı Rayon Mərkəzi Xəstəxanalarına elektronika məhsulları yollayıb. Bu barədə şirkətdən məlumat veriblər.

Məhsullar göndərilməzdən öncə xəstəxanaların ehtiyacları öyrənilib. Xəstəxanalardan verilən məlumata əsasən, pasiyentlərin ən çox ehtiyac duyduqları əşyalar əyləncə, musiqi ilə bağlı elektronika məhsullarıdır. Bu ehtiyacları qarşılamaq üçün şirkət qeyd olunan xəstəxanalara smart televizorlar, Ailə TV paketləri, musiqi mərkəzləri və portativ akustika məhsulları göndərib.

“Əlbəttə ki, fədakar tibb işçilərimiz bu dəqiqə onların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Amma deyirlər, xoş əhval-ruhiyyə də immuniteti gücləndirir. Ona görə soydaşlarımızın əhvalını xoş tutmaq, onları pozitiv dalğaya kökləmək və özlərini evindəki kimi hiss etmələri vacibdir.

“Kontakt Home” ailəsi olaraq onlara öz kiçik qayğımızı göstərmək istədik və lazım olacağını düşündüyümüz əşyaları yolladıq”, - deyə “Kontakt Home”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Qeyd edək ki, “Kontakt Home” koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Ötən günlərdə şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırmışdı. Eyni zamanda, şirkət “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq bütün müştərilərinin aylıq kredit ödənişlərinə bir aylıq güzəşt tətbiq etmişdi.

Şirkət öz fəaliyyətində də təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə www.kontakt.az saytından onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri