Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kiberidman Olimpiadası təsis edildi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) kiberidman növləri üzrə Olimpiya Oyunlarının yaradılması haqqında qərarı təsdiqləyib.
Oxu.Az sportbox.ru-ya istinadən xəbər verir ki, bu qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında yekdilliklə qəbul edilib.
İlk yarışın 2025-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax hələ 2023-cü ilin oktyabrında kiberidman üzrə Olimpiada yaratmağı planlaşdırdığını açıqlayıb.
Bu məqsədlə BOK sentyabr ayında Fransa Milli Olimpiya Komitəsinin rəhbəri David Lappartienin sədrliyi ilə kiberidman komissiyası yaradıb.
"Beynəlxalq Olimpiya Komitəsi (BOK)" teqi üzrə xəbərlər
- 2030-cu il Olimpiadasının keçiriləcəyi ölkə bəlli olub
- ABŞ-də keçiriləcək Olimpiya Oyunlarında kişilərdən ibarət komandaların sayı azaldılıb
- Beynəlxalq Olimpiya Komitəsinin tarixində ilk qadın prezident seçildi
- Boksun olimpiadanın proqramında qalması ilə bağlı qərar verildi
- Tomas Bax BOK-un ömürlük fəxri prezidenti olacaq