Noy
2020
11:17
237
102
8975
Virtual karabakh

“Alma Store” “iPhone12” smartfonlarının rəsmi satışına start verir

5 Noy, 2020
11:17
8975

“Alma Store” “iPhone12” smartfonlarının rəsmi satışına start verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 6-da Azərbaycanda yeni “iPhone12” smartfonlarının satışı başlayır. “Apple” şirkətinin Azərbaycanda rəsmi satış mərkəzi olan “Alma Store” mağazalarında iki ən arzuolunan model – “iPhone12 Pro” və “iPhone12” satışa çıxarılacaq.

Yeni “Apple” məhsullarının təqdimatı həmişə yeni texnoloji inqilab deməkdir. Bu il də istisna deyil: istifadəçilərə 5G şəbəkəsini dəstəkləyən, tarixdə ən sürətli A14 “Bionic prosessor”, ikili və üçlü 12 MP kameralar, təkmilləşdirilmiş süni intellekt alqoritmi olan “iPhone” təqdim olundu. 

Xatırladaq ki, 13 oktyabr təqdimatında “Apple” dörd smartfon nümayiş etdi – “iPhone12 Pro” və “iPhone12” ilə bərabər, istifadəçilər “iPhone12 Pro Max” və “iPhone12 mini” smartfonları ilə də tanış oldular. 

Qeyd edək ki, smartfonların sayı məhduddur. Yeni “iPhone12” smartfonunun ilk alıcısı olmaq üçün elə indicə öncədən sifarişi rəsmiləşdirin. “iPhone12” üçün qiymətlər 2249 AZN-dən başlayır. 

“iPhone12” alüminiumdan, Pro smartfonları isə paslanmayan poladdan hazırlanıb. “Ceramic Shield” ön paneli sayəsində isə bütün smartfonlar cızıq, zərbə və mayedən etibarlı müdafiə olunur. Hətta yarım saat dərinlikdə saxladıqda belə, smartfon sıradan çıxmır.

Bütün texniki təkmilləşdirmələrə baxmayaraq, mütəxəssislər hesab edirlər ki, yeni smartfonlara yaranan maraq onun dizaynı ilə bağlıdır. Bir neçə ildən sonra əsas yenilənmə: “iPhone12” hamar, düz kənarlı və polad korpuslu əfsanəvi beşinci modelə bənzəyir. Bu, sahibinin imic və statusunu vurğulayacaq cihazdır.

Xatırladaq ki, “Alma Store” – Azərbaycanda “Apple Premium Reseller” statuslu yeganə rəsmi satış mərkəzidir. Bütün “Alma Store” əməkdaşları yüksək biliklərə malikdir. Eləcə də, peşəkar konsultasiya, təmir və keyfiyyətli təlim ilə istifadəçilərə həmişə kömək etməyə hazır olan rəsmi servis mərkəzi mövcuddur.

Bütün məhsullar sertifikatlaşdırılıb və bir il ərzində rəsmi zəmanətə malikdir. Həmçinin, müştərilər yeni “iPhone” modellərini 12 aylıq taksitlə əldə edə və şəhərin istənilən nöqtəsinə pulsuz çatdırılma ilə rəsmiləşdirə bilərlər.

Elə indi https://almastore.az/iphone saytında öncədən sifarişi rəsmiləşdirin və “iPhone12” smartfonlarının xoşbəxt sahibləri sırasında olma fürsətini qaçırmayın.

Həmçinin, qeyd etmək istərdik ki, “Alma Store” mağazalar şəbəkəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri