“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2021-ci ilin ən yaxşı məşqçisi seçilib.
Oxu.Az xəbər verir ki, Qurbanova mükafatı təşkilatçı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
O, ənənəvi tort kəsmə mərasiminə Vətən Müharibəsinin iştirakçıları olan mətbuat nümayəndələrini – “Qarabağ”ın mətbuat xidmətinin əməkdaşı Mehman Əşrəfov, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov və “CBC Sport”un müxbiri Süleyman Vəliyevi də dəvət edib.
Qeyd edək ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 67 jurnalist iştirak edib. Oxu.Az-ın əməkdaşı Səbuhi Musayevin də ən yaxşı kimi təqdim etdiyi Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
FOTO: Firudin Səlimov