Rusiyanın paytaxtı Moskvada Braziliya ciu-citsusu üzrə dünya çempionatı keçirilir.
Oxu.Az-ın xəbərinə görə, bu yarışda Azərbaycan idmançıları da iştirak edir.
Bu yarışda 11 yaşlı Əbülfəz Nağıyev uğurlu çıxış edərək bürünc medal qazanıb. O, meydan sahibi idmançılarından 1/8 finalda Admir Əzəmətovu, 1/4 finalda Stepan Nevolini məğlub edib.
Yarımfinalda Yeqor Sinarevə uduzan idmançımız bürünc medal görüşünə qatılıb. Əbülfəz burada Savva Praniçnikovu məğlub edərək dünya üçüncüsü olub.
Səbuhi Musayev