“Malyorka” klubunun futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.
Bununla bağlı “Gracenote Live” “Twitter” səhifəsi məlumat yayıb.
L.Romero “Malyorka”nın “Real Madrid”ə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub.
Bununla da, meksikalı futbolçu 15 il 219 gün yaşında İspaniya çempionatında iştirak edən ən gənc futbolçu olub.
Əvvəlki rekord 15 il 255 gün yaşında “Sevilya”nın heyətində La Liqada debüt edən Sansona məxsus olub.