Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Gazeta.ru”-nun məlumatına görə, dünya çempionu 35 milyon dollar, finalçı 25 milyon, bürünc mükafat alan Milli komandaya isə 22 milyon dollar veriləcək.
4-cü yeri tutan komanda 20 milyon dollar alacaq. 5-8-ci yerləri tutanlar 14 milyon, 9 -16-cı 9 milyon, 17-32-ci yerin sahiblərinə isə 8 milyon dollar veriləcək.
Bundan başqa, futbolçularını dünya çempionatında oynamaq üçün buraxan komandalara 70 milyon dollar verilməsi nəzərdə tutulub.