Ağcabədi rayonunda silahlı insident baş verib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ağcabədi rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayonun Avşar kənd sakini, 1966-cı il təvəllüdlü Cavid Hacıbaba oğlu Tağıyev arvadı 1979-cu il təvəllüdlü Aytəkini boşaması ilə əlaqədar dekabrın 6-da, saat 02.00-da onun evinə gəlib.
Onunla arvadının qohumları - 1988-ci il təvəllüdlü Mirzəli Şirin oğlu Şirinov və 1991-ci il təvəllüdlü Roman Azər oğlu Atlıxanovla aralarında münaqişə baş verib.
M.Şirinovla R.Atlıxanov C.Tağıyevin və onun qonşusu Nizami Ehtiram oğlu Xanəliyevin evlərinə avtomat silahdan atəş açıblar. Ölən və xəsarət alan olmayıb, hər iki evin pəncərə şüşələri sınıb.