Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş 2023-cü ildə meydanda ən çox vaxt keçirən futbolçu olub.
Məlumata görə, o, oyun və meydanda keçirdiyi dəqiqə sayına görə bunu bacarıb.
29 yaşlı yarımmüdafiəçi bu il 66 matçda ümumilikdə 5 748 dəqiqə çıxış edib. İkinci yeri Niderlandın “Feyenoord” klubunun müdafiəçisi David Qançko (58 oyunda 5 248 dəqiqə) tutub. İspaniya təmsilçisi “Real”ın müdafiəçisi Antoni Rudiger isə 63 qarşılaşmada 5 223 dəqiqə iştirak edib.
Qeyd edək ki, Bruno Fernandeş cari mövsüm 21 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
Mənbə: championat.com
Rəylər