Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

2023-cü ilin 20 yaşadək futbolçulardan ibarət rəmzi komandası açıqlanıb - FOTO
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandasını açıqlayıb. Komandanı formalaşdırmaq üçün 3-4-3 sxemi seçilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə IFFHS-in saytında xəbər verilib.
Bildirilib ki, araşdırma avropalı oyunçular arasında aparılıb.
Qapıçı: Sebastyano Deplanş (İtaliya).
Müdafiəçilər: Levi Koluill (İngiltərə), Antonio Silva (Portuqaliya), Alexandro Balde (İspaniya).
Yarımmüdafiəçilər: Qavi (İspaniya), Cud Bellinqem (İngiltərə), Varren Zayr-Emri (Fransa), Camal Musiala (Almaniya).
Hücumçular: Lamine Yamal (İspaniya), Rasmus Hoylund (Danimarka), Xavi Simons (Niderland).