Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Balakəndə 10 yaşlı uşağı maşınla vuraraq öldürən sürücü hökmdən şikayətçidir
Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib.
Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Qeyd: Hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
"Balakən" teqi üzrə xəbərlər
- Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi
- Balakən kanat yolu niyə yeddi ildir bağlıdır?
- Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu
- Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür
- Balakəndə turistlər kanat adı ilə gəlib, kor-peşman qayıdırlar