Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

2025-ci ilin ilk iki ayının ən məhsuldar futbolçuları kimlərdir?
Milli çempionatların 2025-ci ilin ilk iki ayı üçün ən yaxşı bombardirlərinin adları açıqlanıb.
Oxu.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlinə ilin ilk iki ayında yüksək liqalarda ən çox qol vuran futbolçuların adları daxil edilib.
Siyahıda ən azı 7 qol vuran 38 futbolçu yer alıb. Cədvələ Səudiyyə Ərəbistanında məhsuldarlıq nümayiş etdirən hücumçular başçılıq edir.
"Əl-Əhli"nin futbolçusu Eyvan Touni birinci, "Əl-Hilal"ın bombardiri Markos Leonardo ikinci sıradadır. Hər iki futbolçu 13 qola sevinib. "Deva Yunayted"lə İndoneziya çempionatında eyni sayda qolla fərqlənən Aleks üçüncüdür.
Qeyd edək ki, Avropanın ən yaxşısı - Mika Bieret "Monako"da vurduğu 10 qolla 5-ci pillədə yer alıb.