"Qalatasaray" fanatları Lionel Messinin Türkiyə klubuna mümkün keçidi barədə xəbərlərdən sonra argentinalı ulduzun və onun həyat yoldaşı Antonellanın sosial şəbəkə hesablarını şərhlərlə doldurublar.
Oxu.Az bu barədə Sports.ru-ya istinadən xəbər verir.
Bildirilir ki, 300 min azarkeş 24 saatdan az müddət ərzində Messidən onların komandalarını seçmələrini xahiş edib.
Daha əvvəl iddia edilib ki, Messi MLS müntəzəm çempionatında fasilə dövründə "Qalatasaray"a keçə bilər.
Belə ki, "İnter Mayami"nin oyunçusu olan argentinalı 2026-cı ildə keçiriləcək dünya çempionatından qabaq oyun praktikası əldə etmək niyyətindədir.