Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

7 yaşlı azərbaycanlı dünya çempionu oldu – FOTO
İdmanın ən çətin növlərindən olan qaydasız döyüş növü ilə məşğul olan 7 yaşlı Saday Qasımzadə növbəti zəfərini qazanıb. Bundan öncə Bolqarıstanda keçirilən qaydasız döyüş növləri üzrə Dünya Kubokunun qalibi olmuş Saday bu dəfə dünya çempionu adına layiq görülüb.
Oxu.Az xəbər verir ki, Publika.az-a verilən məlumata görə, o bu dəfə Ukraynanın Lvov şəhərində keçirilən dünya çempionatından qızıl medalı vətənə gətirib. 7 yaşlı çempion yarışda 4 rəqibini məğlub edərək kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, Sadayın məşqçisi qaydasız döyüş növü üzrə idmançı olan əmisi Natiq Qasımzadədir.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Mark Rütte: "Ukraynanın NATO-ya daxil olması artıq nəzərdən keçirilmir"
- 30 günlük atəşkəs zamanı Ukraynada hərbi vəziyyət ləğv ediləcəkmi? - Zelenskinin ofisindən AÇIQLAMA
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"
Ən çox oxunanlar