Müğənnilər Afaq Aslanla Günel Məhərrəmova arasında yaşanan qalmaqal daha da böyüyüb.
Oxu.Az xəbər verir ki, Afaq Aslan “Onlar” verilişinə müsahibəsində həmkarını ağ yuyub, qara sərib.
“Deyirsən ki, 10 ildir səhnədəyəm. Sənin kimi insanlar sənətkar ola bilməzlər. Bu 10 ildə başqa sahələrdə “sənətkar” ola bilərsən.
Bizim aramızda sənətlə bağlı qalmaqal olmayıb, şəxsi münasibətlərimiz pozulub. Bu da onun qeyri-əxlaqi ifadələrindən irəli gəldi. Onunla sivil insanlar kimi söhbət etməyə cəhd etdim. Bu insan mənə qarşı əxlaqsız sözlər, ifadələr, mesajlar yazmağa, öz səviyyəsini göstərməyə başladı.
Onun kimi insanlar mənim sevgilimin həyatında bir saatlıq, bir günlük ola bilər. Sən onun üçün heç kimsən. Amma mən o insanın ürəyində əbədi yaşayıram.
Bir neçə maqazin proqramında deyib ki, mən Afaqı məhkəməyə vermişəm. Ona demək istəyirəm ki, haqlı olsaydın məni çoxdan məhkəməyə vermişdin.
Əgər onun həqiqətən də əri varsa, buradan ona səslənirəm ki, xanımına yiyə dur. Sənin xanımın mənim sevgilimin yanında nə gəzir?”.
