UEFA-nın mətbuat xidməti Ginnesin Rekordlar Kitabına düşən uelsli hakimi təbrik edib.
Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, hakim Ken Rayt hakimlik karyerasının müddətinə görə rekordçu olduğuna dair rəsmi sertifikat alıb.
Rayt artıq 63 mövsümdür matçları idarə edir və bu müddət ərzində 5 000-dən çox qarşılaşmada hakimlik edib.
78 yaşlı referi 1964-cü ildən futbol sahəsində fəaliyyət göstərir.
Hazırda Rayt Suonsi qraflığının veteranlar liqasında keçirilən oyunlarda hakimlik etməyə davam edir.

Qaynar xətt:
(055) 224 12 12