İtaliya A Seriyasının 35-ci turunun "İnter" və "Verona" komandaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, meydan sahibləri minimal hesabla qələbə qazanıblar - 1:0.
Matçın yeganə qolunu 9-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən "İnter"in albaniyalı yarımmüdafiəçisi Kristian Aslani vurub.
Bu qələbədən sonra "İnter" 74 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci, "Verona" isə 32 xalla 15-ci yerdədir. "Napoli" 77 xalla turnir cədvəlinə başçılıq edir.