İtaliya A Seriyasının 31-ci turu çərçivəsində lider “İnter” “Udineze”nin qonağı olub.
Oyunun taleyi son anda həll edilib.
İlk hissədə (40) ev sahiblərindən Samardziç hesabı açıb. İkinci hissədə (55) milanlıların türkiyəli futbolçusu Çalhanoğlu penaltidən nəticəyə tarazlıq gətirib. 90+6-cı dəqiqədə isə Frattesi qonaqlara üç xalı qazandıran topun müəllifi olub - 1:2.
Beləliklə də, hazırda “İnter” 82 xalla turnik cədvəlinin vahid lideridir. “Udineze” isə 28 xalla 15-cidir.
Rəylər