Bu gün futbol üzrə Azərbaycan yığması növbəti yoxlama matçına çıxıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, Berti Foqtsun çalışdırdığı millimiz gücünü Amerika Birləşmiş Ştatlarının yığmasına qarşı oyunda sınayıb.
Qeyd edək ki, bu oyuna daha yaxşı hazırlaşmaq üçün millimiz mayın 20-dən ABŞ-da təlim-məşq toplanışındaydı. DÇ-2014-ə hazırlaşan Yurgen Klinsmannın komandasına qarşı oyun səfərdə olsa da, yığmamızdan uğurlu nəticə gözləyənlər çox idi. Çünki rəqib futbolçular özlərini mundial ərəfəsində qorumağa çalışacaqdılar. Belədə, millimizin üzvləri daha istəkli oynasaydı, uğur qazana bilərdilər. Amma komandamızın üzvləri meydan sahiblərinin təzyiqlərinə 75 dəqiqə dözə biliblər. Bundan sonra iki cavabsız qol vuran “yankilər” yığmamızı məğlub yola salıblar.
ABŞ yığması hazırkı FİFA reytinqində 1015 xalla 14-cü yerdə gedir. Azərbaycan millisi isə 398 xalla 85-ci pillədə qərarlaşıb.