Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-ın baş prokuroru: FİFA son 19 ildə 10 milyard dollardan çox rüşvət alıb
Son 19 ildə Beynəlxalq futbol assosiasiyaları federasiyasının (FİFA) 10 milyard dollardan çox rüşvət alıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Loretta Linç bəyan edib.
Onun sözlərinə görə, ilk dəfə ABŞ-da keçiriləcək Amerika Kuboku-2016-ya hazırlıq dövründə rüşvətin məbləği təxminən 110 milyon dollar təşkil edib.
Linç qeyd edib ki, Sürixdə FİFA rəsmilərinin həbsi uzun araşdırmaların nəticəsi olub. Onlar 20 il ərzində davam edən reketlik, çirkli pulların yuyulması və fırıldaqçılıqda təqsirli bilinirlər.
İş üzrə 14 nəfər saxlanılıb. Amerika müstəntiqləri onları KİV ilə qanunsuz müqavilələr bağlamaqda, hakimlərə təsir göstərməkdə və digər cinayətlərdə şübhəli hesab edirlər.
Rəylər