I Avropa oyunlarının açılış mərasiminə xüsusi avtobuslarla 29 min tamaşaçı daşınıb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “Bakı Sərnişin və Yük DaşımalarınınTəşkili” MMC-dən bildiriblər.
Məlumata əsasən, avtobuslar ümumilikdə 3732 reys ediblər.
“Sərnişinlərə X1-X2-X3-X4x-5-X6 avtobusları ilə 20 saatlıq yüksək səviyyəli xidmət göstərilib. Bundan əlavə olaraq idarənin bütün şəxsi heyəti növbəli 24 saatlıq iş rejiminə keçib”, - məlumatda qeyd olunub.