AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.
Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
"AFFA və Hakimlər Komitəsinin sədri Barış Şimşek arasında mövcud müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA adından Barış Şimşekə gələcək fəaliyyətində uğurlar arzu edirik", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Barış Şimşek 2022-ci ilin yayından bu vəzifədə çalışıb.