AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.
G.Qasımova U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qaynar xətt:
(055) 224 12 12