AFFA jurnalist Rasim Əliyevin qətli ilə əlaqədar aparılan cinayət işi üzrə həbs edilən futbolçu Cavid Hüseynova görə müvafiq orqanlara rəsmən müraciət etmək niyyətində deyil.
“AFFA bu məsələ üzrə öz fikrini bildirib. Cavid Hüseynov Azərbaycan yığması üçün önəmli oyunçulardandır. Baş məşqçi Robert Prosineçki ona tərkibdə yer etibar etmişdi. Təəssüf ki, belə alındı. İnanırıq ki, Cavid karyerasına davam edəcək. Əsas odur ki, bu iş üzrə qərar ədalətli olsun.
İstintaq başa çatana qədər AFFA Hüseynovun işinə dair rəsmi müraciət etməyəcək. Biz istintaqın nəticələrini gözləyirik”.