Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AFFA dörd oyunçunu futboldan ömürlük uzaqlaşdırıb: Aralarında tanınmış sima da var
AFFA dörd oyunçunu futboldan ömürlük uzaqlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırılıb.
Bildirilib ki, son klubu "Şamaxı" olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Həmçinin I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- Azərbaycan millisinin Haiti seçməsi ilə görüşünün saatı bəlli oldu
- Region Liqasında püşkatma mərasimi keçirilib
- Azərbaycan millisi ada ölkəsinin yığması ilə qarşılaşacaq
- Millimizin Belarus seçməsi ilə keçirəcəyi görüşün vaxtı və yeri bəlli olub