Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AFFA İşçi Qrupunun tərkibini müəyyənləşdirib
Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun tərkibi bəlli olub.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə vitse-prezident Elşad Nəsirov İşçi Qrupunun sədri olub.
Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov üzv təyin ediliblər.
Bu gün İşçi Qrupunun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Elçin Məmmədov AFFA İntizam Komitəsindən ayrıldı
- AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi
- Ayxan Abbasov: "Azərbaycanlı olaraq ölkənin ikinci komandasında çalışmaq şərəfdir"
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq