AFFA-nın binasının fasadı dəyişdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb binanın 8 Noyabr (keçmiş Nobel prospekti) prospektində olan “Ağ Şəhər” layihəsi ərazisində yerləşməsidir.
Bu səbəbdən “Ağ Şəhər” layihəsinə uyğun olaraq, AFFA-nın binası açıq rəngdə boyanacaq, dizaynında müəyyən dəyişikliklər ediləcək.
AFFA-dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, fasadın dəyişdirilməsi qurumun öz maliyyəsi hesabına həyata keçirilir. Dəyişiklik ətrafdakı tikililərlə xarici görünüş baxımından uyğunluğun yaradılması ilə bağlıdır.
Səbuhi Musayev
FOTO: Firudin Səlimov