Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AFFA sabah Canni De Byazi ilə bağlı qərar verəcək
AFFA sabah Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.
“Report”un əldə etdiyi məlumata görə, noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı fövqəladə iclası keçiriləcək.
Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq. İclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər