Bakıda kikboksinq üzrə möhtəşəm yarış baş tutacaq.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, aprelin 27-də Bakıda “FIGHT VISION 3” yarışı keçiriləcək.
Həmin yarışda titullu idmançılar mübarizə aparacaq. Möhtəşəm döyüşdə dünyanın ən titullu idmançılarından - 17 qat dünya çempionumuz, kiqboksçu, “Ağ canavar” adlı ləqəbli Eduard Məmmədov da iştirak edəcək.
Məlumata əsasən, “FIGHT VISION 3” peşəkar yarışıdır. 1 və 2-ci hissələri keçirilib. 3-cü hissədə isə Azərbaycan və Hollandiya idmançıları mübarizə aparacaq. Burada 12 döyüş keçiriləcək. Eduard Məmmədov “Neftçi İSM”in idmançısı kimi mübarizə aparacaq.
İdmançımızın rəqibi dünya çempionu Hollandiyalı Ruben Narain adlı idmançıdır. Onlar dünya kəməri uğrunda döyüşəcəklər.
Yarışda fəxri qonaqlar da olacaq. Ədalət Şükürov və Samir Piriyev qonaq qismində gələcək, həmçinin mahnıları ilə açılış edəcəklər.