Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən “Arsenal”ın futbolçusundan xəbər var
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Milan şəhərində bıçaqlı hücum nəticəsində ağır xəsarət alan klubun müdafiəçisi Pablo Mari haqqında danışıb.
Mütəxəssis bildirib ki, hadisə barədə yeni xəbər tutub.
“Bilirəm ki, “Arsenal”ın texniki direktoru futbolçunun qohumları ilə əlaqə saxlayıb. Pablo Mari xəstəxanadadır, görünür onun həyatına təhlükə törədə biləcək heç nə yoxdur”, - deyə ispaniyalı mütəxəssis bildirib.
Xatırladaq ki, bu gecə İtaliyanın Milan şəhərində ticarət mərkəzində bıçaqlı hücum olub. Hücumu törədən şəxs beş nəfəri bıçaqlayıb. Yaralı şəxslərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İtaliya mətbuatı yazmışdı ki, yaralılardan biri də İngiltərənin “Arsenal” klubunun İtaliyanın “Monza” komandasına icarəyə verdiyi ispaniyalı futbolçu Pablo Maridir. P.Marinin vəziyyətinin ağır olduğu açıqlanmışdı.
Mənbə: BBC
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu