Azərbaycanın akrobatika gimnastikası üzrə milli komandasının üzvləri beynəlxalq yarışlarda iştirak edəcəklər.
Federasiyadan verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük) Polşanın Jeşuv şəhərində keçiriləcək Dünya kubokuna, Nizam Xamidulin ilə Milana Əliyeva (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri (qadın qrupu) isə eyni şəhərdə keçiriləcək turnirə yollanıblar.
Qeyd edək ki, hər iki yarış 9-11 iyunda təşkil olunacaq.