Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev könüllü olaraq Ukrayna paytaxtının müdafiəsinə qoşulub.
Azərbaycan əsilli futbolçunun ukraynalılara ünvanlanmış müraciəti sosial şəbəkələrdə yayılıb.
“Əvvəl də dediyim kimi, mən Kiyevdəyəm. Burada qalmaqda və ölkəmi müdafiə etməkdə davam edəcəyəm. Biz ukraynalıyıq, biz güclüyük və biz bütün çətinliklərə sinə gərəcəyik”, - deyə Aleksandr Əliyev bildirib.
Qeyd edək ki, öz ölkəsində kifayət qədər məşhur olan Aleksandr Əliyev bir neçə ay əvvəl Kiyevin meri olmaq arzusunda olduğunu dilə gətirmişdi.
Mənbə: NB