Futbol üzrə Rusiya yığmasının azərbaycan əsilli keçmiş üzvü Aleksandr Səmədov karyerasını başa vurduğunu açıqlayıb.
Bu barədə yarımmüdafiəçinin özü “Instagram” səhifəsində məlumat verib.
35 yaşlı oyunçu sosial şəbəkədə yazıb:
“Mən futbolçu kimi idman karyeramı başa çatdırıram. Həmişə idmançı, futbolçu, şəxsiyyət kimi böyümək istəmişəm. Arzum həyata keçdi! Buna nail oldum!”
O, ailəsinə, yaxınlarına, dostlarına və məşqçilərinə təşəkkür etməyi də unutmayıb.
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, A.Səmədov karyerasına Moskva “Spartak”ında başlayıb. Onun sonuncu klubu “Krılya Sovetov” olub. Futbolçu Rusiya millisində 53 oyun keçirib, 7 qol vurub.
"Futbol" teqi üzrə xəbərlər
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- "Arsenal"ın oyunu səmada görünən UNO-ya görə dayandırıldı - Video
- ABŞ-də üç yaşlı uşağın futbol bacarığı valideynləri narazı saldı, polis çağırıldı - Video
- Azərbaycan çempionatlarında on beş mininci qolun müəllifi bəlli oldu - Video
- ABŞ-də futbol matçından əvvəl keçirilən nümayiş faciə ilə nəticələndi - Video
Digər xəbərlər