"Meydana qələbə qazanmaq üçün çıxacağıq".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko deyib.
"Matça ciddi hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaqdır. Azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bizi maraqlı oyun gözləyir", - deyə futbolçu bildirib.
Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Anar Həsənov