Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

PRO lisenziyası əldə edən Alessandro Del Pyero: "Bu gündən mənə mister deyə bilərsiniz"
"Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən məşqçilik lisenziyası alıb.
Oxu.Az xəbər verir ki, 50 yaşlı veteran futbolçu sosial şəbəkə hesabında FIGC-yə və bu kursda onu dəstəkləyən bütün müəllimlərinə təşəkkür edib:
"Bu gündən mənə "mister" deyə bilərsiniz. Təhsi dönəmində təcrübələrini mənimlə bölüşən bütün insanlara minnətdaram".
Qeyd edək ki, Alessandro Del Pyero karyerasını 2015-ci ildə başa vurub. O, "Yuventus", "Padova", Avstraliyanın "Sidney" və Hindistanın "Dehli Dinamos" klublarında çıxış edib. Forvard İtaliya millisində 91 matçda 27 dəfə fərqlənib.
İtaliya millisinin və "Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyero UEFA tərəfindən məşqçilərə verilən ən yüksək - PRO lisenziyasını əldə edib.
Oxu.Az xəbər verir ki, 50 yaşlı keçmiş futbolçu bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Lisenziya ona top-klublara rəhbərlik etmək hüququ verir.
Qeyd edək ki, 2014-cü ildə karyerasını bitirən Alessandro Del Pyero "Yuventus"un heyətində altıqat İtaliya çempionu və Çempionlar Liqasının qalibi olub.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Merih Demiral "Fənərbağça"nın təklifini qəbul etmədi
- "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir