Alman nəşri “Focus” oyunçular və məşqçilər arasında məşhur münaqişələri xatırlayıb.
Oxu.Az xəbər verir ki, ən yaddaqalanlardan biri isə məşhur alman futbolçusu Karsten Yanker və futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts arasında olan qarşıdurmadır.
1996-2002-ci illərdə “Bavariya”da çıxış edən Forvard Yanker Foqtsdan Almaniyanın baş məşqçisi olan zaman Karsteni milli komandaya çağırmadığı üçün ondan bərk inciyib. Yanker yığma uğrunda artıq Foqts Bundesmanşaftdan getdikdən sonra oynayıb, amma inciklik qalmışdı.
Və nəhayət, Yanker və Foqts qarşılaşdılar. 2000-2001-ci il mövsümündə Yankerin “Bavariya”sı, Foqtsun məşqçisi olduğu leverkuzenskli “Bayer”ə qarşı oynayırdı. Yanker bu matçda qol vura bilir və Foqts haqqında bütün düşündüklərini üzünə deyir.
Foqtsa ünvanlanan söyüşlərin biri “Du Arschloch” idi, tərcümədə bu, “Sən kütbeyinsən!” deməkdir. Amma Yanker bununla kifayətlənmədi...
Sizə bu epizodun videosunu təqdim edirik: