Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.
Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaq.
Almaniya 3-cü Liqasının altı qolla bombardiri olan Rüfət Dadaşov (Renat Dadaşovun böyük qardaşı – S.M.) ilk dəfə Qurbanovun çalışdırdığı yığmaya çağırılıb. O əvvəllər yığmamızda 16 oyun keçirib və dörd qola imza atıb.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);
Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);
Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər