Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bayern” yoxlama oyununda 20 qol vurub.
Oxu.Az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rotax-Eqern”ə 20:2 hesabı ilə qalib gəlib.
“Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər, Müler və Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimix hərəyə bir dəfə fərqləniblər.
Almaniya çempionu bir oyunda iyirmi qol vurdu - VİDEO