Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Almaniya millisinin yeni baş məşqçisi ilə müqavilə imzalandı - FOTO
Almaniya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
Oxu.Az xəbər verir ki, bundan sonra bundestimi “Bayern”i növbəti dəfə çempion edən Hans-Diter Flik çalışdıracaq.
Almaniya Futbol Federasiyası bu gün onunla rəsmi müqaviləyə qol çəkib. 56 yaşlı məşqçinin müqaviləsi 2024-cü ilədək olacaq. O, Almaniyada keçiriləcək AVRO-2024 də daxil olmaqla millinin sükanı arxasında çalışacaq.
Hans-Diter Flikin ilk işi sentyabrın 2-də dünya çempionatının seçmə oyunu olan Lixtenşteynlə matçda olacaq. Onun ilk ev matçı isə sentyabrın 5-də Ermənistanla qarşılaşma olacaq.
Qeyd edək ki, Almaniyanı dünya çempionu etmiş indiki baş məşqçi Yoaxim Löv AVRO-2020-dən sonra millidən ayrılacaq.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır