Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Almaniya yığması qadın hüquqları pozulan ölkələrdə çıxış etməyəcək - RƏSMİ
Almaniya Futbol İttifaqının (AFT) prezidenti Frits Keller təşkilatın qadınların hüquqlarının pozulmasına münasibəti barədə danışıb.
Bu barədə İttifaqın rəsmi saytı xəbər verir.
AFT rəhbəri bildirib ki, milli yığmanın cinsi əlamətə görə ayrı-seçkiliyin mövcud olduğu ölkələrdə çıxışına qadağa qoyur.
“Müasir dövrün mürəkkəb suallarına cavab verə bilmək üçün sosial problemləri birlikdə müzakirə etmək vaxtıdır. Qadınların hüquqları bizim üçün vacib dəyərlərdən biridir.
Odur ki, AFT İcraiyyə Komitəsinin ilk iclasında qətnamə layihəsini təqdim etmişəm, onun əsasında bundan sonra yığma komandalara qadınların futbol stadionlarına və ya digər idman tikililərinə bərabər giriş imkanı olmayan ölkələrdə oyunlar keçirmək qadağandır. Mənim təklifim AFT Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul olunub”, - Keller bildirib.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər