Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər arasında dava düşdü
Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa Çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.
Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.
Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa Çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gəlir.
"Futbol" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
- La Liqa: "Barselona" liderliyə yüksəldi
Ən çox oxunanlar