Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniyada məşhur boksçunun qətli ilə bağlı məhkəmə zamanı atışma: Yaralananlar var
Almaniyanın Bilefeld şəhərində məhkəmə binasının yaxınlığında atışma baş verib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Oxu.Az bu barədə WDR-a istinadla xəbər verir.
İddiaya görə məhkəmədə boksçu Besar Nimaninin qətli ilə bağlı proses gedib. 38 yaşlı tanınmış idmançıya 2024-cü ildə küçədə sui-qəsd törədilib, şübhəlilərdən biri həbs olunub, digəri qaçıb.
"Güllə səsləri küçədə saat 13:30-da, məhkəmə iclası keçirilən zaman eşidilib. Şahidlər bir neçə yaralı olduğunu bildirirlər", - deyə xəbərdə qeyd olunub.
Ehtimala görə, yaralananlar məhkumun atası və qardaşıdır.
Polis əməkdaşları yaralılara yardım göstərir. Digər detallar dəqiqləşdirilir.
Hücumda şübhəlilərdən biri saxlanılıb. İkincisinin binada gizləndiyi ehtimal olunur.