Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Almaniyanın aşağı divizion klubu "Qalatasaray"ı darmadağın etdi
Avstriyada təlim məşq toplanışında olan Türkiyə Super Liqasının son qalibi "Qalatasaray" yeni mövsüm öncəsi bir sıra yoldaşlıq görüşləri ilə qüvvəsini sınayır.
Oxu.Az xəbər verir ki, sarı-qırmızıların rəqibi Almaniyanın ikinci divizion komandası "Fortuna" olub.
Düsseldorf təmsilçisi matç boyu iki top fərqilə öndə olsa da, İstanbul klubu hesabı bərabərləşdirməyi bacarıb. Lakin nəticəni qoruyub saxlaya bilməyən "aslanlar" sonda 2:5 hesabı ilə uduzublar.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar