Altı yaşlı ukraynalı atlet Anastasiya Oprya anasının sosial şəbəkələrdə rus dilində paylaşımlarına görə yerli yarışlarda iştirak lisenziyasını itirə bilər.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, Oprya bədii gimnastika ilə məşğul olur.
İdmançının anası bildirib ki, gənc idmançı rus dilində sosial şəbəkələrdə şəxsi səhifə saxladığına görə idman məktəbindən kənarlaşdırıla və ölkə daxilində yarışlara buraxılmaya bilər.
Qeyd edək ki, daha sonra Anastasiya Opryanın anasının rus dilində bloq yazıları da üzə çıxıb.
Rəylər