Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Altıqat olimpiya çempionu Fransa hökumətindən narazıdır
Biatlon üzrə altıqat olimpiya çempionu, fransalı Martin Furkad 2030-cu il Qış Olimpiadasının təşkilat komitəsinin rəhbəri postu uğrunda yarışdan geri çəkildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, buna səbəb Fransa Alplarında regional hökumətlə fikir ayrılıqları olub.
"Mən "Alp 2030" layihəsinə Fransanın qış idman növlərini keçirməyə və dağlıq bölgələrimizin üzləşdiyi böyük problemlərə cavab verməyə hazır ölkə olduğuna inam ilə qoşuldum. Ancaq bu missiyanı rahat şəkildə yerinə yetirmək üçün çoxlu fikir ayrılığı var. İdarəetmə üsulu, baxış, ərazi iddiaları: biz bu fundamental məsələlərdə razılığa gələ bilmədik. Mənim bu olimpiada ilə bağlı istəklərim aydındır: oyunlar vaxtında və tam şəkildə ölkəmizin ekoloji problemlərini, iqtisadi reallıqlarını nəzərə alaraq təşkil edilməlidir.
Bu şərtlər altında mən çalışa bilmərəm. O üzdən prezidentlik iddiamdan əl çəkmək qərarını verdim", - deyə əfsanəvi idmançı "L'Equipe" nəşrinə açıqlamasında bildirib.
"Fransa" teqi üzrə xəbərlər
- Paris dəmiryol stansiyasında atışma: Yaralananlar var
- Fransa hərbi müdafiə büdcəsini iki dəfə artırır
- Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaq
- Fransada siyasətçinin məzarı dağıdılıb
- Fərid Şəfiyev: "Azərbaycanla Fransa arasında böhran mövcud problemlərin ucbatından yaranıb"
Rəylər