Şəbəkəyə amerikan futbolçusu Rey Raysın nişanlısını Atlantik-Siti kazinosunun liftində nokauta salması barədə informasiya sızıb.
İnsident 2014-cü ilin fevral ayında baş verib, TMZ portalı isə görüntüləri sentyabr ayının 8-də dərc edib, bundan sonra Amerika idman və idmanətrafı ictimaiyyəti növbəti narazıçılıq dalğası bürüyüb.
Bu reaksiya təəccüblü deyil, çünki video həqiqətən şok edicidir.
Kameralarda futbolçunun qızla dalaşdığı görünür, sonra isə onlar liftə daxil olurlar.
Qapılar bağlandıqdan sonra Rays qızın üzünə yumruq vurur, zərbə elə güclü olur ki, qızın başı kabinanın divarına dəyir və o, huşunu itirir. Rays heç bir narahatçılıq keçirmədən onu liftdən zibil torbası kimi dartıb çıxarır və döşəmənin üzərində qoyur, yardım etməyə cəhd belə göstərmir.
Bu video yayıldıqdan sonra Amerika Milli Futbol Liqası (MFL) futbolçunu 2 oyun müddətinə kənarlaşdırıb, amma sonra ictimaiyyətin təzyiqi altında diskvalifikasiyanı 6 oyuna qədər, sonra isə qeyri-müəyyən müddətə uzadıb.
Bundan başqa, Rays 500 000 dollar məbləğində cərimə edilib, Baltimore Ravens klubu oyunçu ilə müqaviləni ləğv edib. 2012-ci ildə əldə edilmiş razılaşmaya əsasən oyunçu 5 il ərzində 50 milyon dollar almalı idi.
Hal-hazırda Rays və Palmer cütlüyü artıq nikahdadırlar, sonuncu dəfə isə publika qarşısında olarkən qadın nokaut olunduğu üçün günahı öz üzərinə götürüb. Beləliklə, Raysın diskvalifikasiyasının müddətini azaltmağı düşünürlər və deyəsən, buna nail oldular.
27 yaşlı idmançı, 3 ildən 5 il müddətinə qədər həbs edilə bilər, artıq idman fəaliyyətindən uzaqlaşdırılmağı məqsədəuyğun deyil və MFL diskvalifikasiya müddətini sonsuza qədər uzada bilməz. İdmançının meydana sentyabr ayının 12-də qayıtması planlaşdırılır.
MFL komissarı Rocer Qudell bəyan edib ki, gələcəkdə buna bənzər hallarda daha kəskin cərimə və sanksiyalar tətbiq ediləcək.