Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Amil Yunanov Albaniya klubunu FIFA-ya şikayət edib
Bu ilin sentyabr ayında Albaniyanın "Bilis" klubuna keçən Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov komandadan ayrılıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 31 yaşlı hücumçu müqaviləyə birtərəfli şəkildə xitam verib. Təcrübəli oyunçu Superliqa təmsilçisinin ona olan borcuna görə FIFA-ya müraciət edib. Məsələ gələn ilin fevral-mart aylarında həllini tapacaq.
Yaxın günlərdə isə forvardın yeni klubu müəyyənləşəcək.
Xatırladaq ki, Amil Yunanov bir müddət öncə "Bilis" klubunun müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədiyi üçün komandanı tərk etmək qərarına gəlmişdi. Lakin Albaniya təmsilçisi sonradan hücumçunu düşərgəyə qaytarmışdı.
"Amil Yunanov" teqi üzrə xəbərlər
- Milli komandanın sabiq futbolçusu II Liqa klubunda çıxış edə bilər
- UEFA ilə hədələnən azərbaycanlı futbolçu ayrıldığı kluba geri dönməyə məcbur edildi
- Albaniya klubu ilə yollarını ayıran Amil Yunanov Azərbaycan klubuna keçəcək
- Amil Yunanov Albaniya klubu ilə yolları ayırıb
- Amil Yunanov: "Albaniyada ümidləri doğruldacağam"
Rəylər