Azərbaycan yığmasının hücumçusu Anastasiya Qurbanova Saratovun “Proton” komandasının tərkibini möhkəmləndirən yeddinci yeni oyunçusu oldu.
Oxu.Az xəbər verir ki, Bakının “Azərreyl” və “Azəryol” komandaları üçün, eləcə də Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxış edən 25 yaşlı idmançı ilə müqavilə bütün il üçün imzalanıb. Anastasiya “Proton”da zədə almış Nelli Alişevanın mövqeyində oynayacaq.
Qeyd edək ki, 2011-ci ildə Qurbanova Luisvilldə prestijli Amerika universitetində təhsilini başa vurub, “Azəryol”un oyunçusu olarkən İstanbulda əlində əməliyyat keçirilib.
Azərbaycandan olan legionerin “Proton”la bərabər Türkiyədə 3-7 oktyabr tarixlərində keçiriləcək turnirə gedəcəyi gözlənilir. Komandanın rəqibləri Polşa, Türkiyə, Fransa və Azərbaycan komandaları olacaq.